Türkiyədə “su qiymətinə” təyyarələr satışa çıxarılıb

  • By admin
  • 05 Yanvar 2021 16:12
Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb.

Xarici mətbuatın yazdığına görə, təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub.

Hərrac yanvarın 14-də, saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.

Gununsesi.info