Türkiyədə təhsil alan tələbələrin diplomunun tanınması haqqında -MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ

  • By admin
  • 23 Fevral 2018 13:14

Türkiyə və Azərbaycanda təhsil  alan tələbələrin diplomlarının qarşılıqlı olaraq tanınması  vacibdir.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində deputat Qənirə Paşayeva deyib. Deputat  təklif edib ki,  təhsil müəssisələrində ortaq türk tarixi  ilə bağlı dərs tədris edilsin: “Fikrimcə, ortaq tariximizlə  bağlı dərsin tədris edilməsinə böyük  ehtiyac var”. Deputat həmçinin Türkiyə məktəblərində Azərbaycan dilinin tədris edilməsi ilə bağlı da təklif irəli sürüb.

Q. Paşayeva çıxışının sonunda xaricdə təhsil alan bəzi gənclərin imtahanlardan uğurla keçə bilmədiyini və valideynlərinin maddi vəsaitlərini sərf edildiyini vurğulayıb. Deputat həmin gənclərin peşə yönümlü təhsil alması istiqamətində işlərin görülməli olduğunu bildirib.

Mürtəza

Gununsesi.info