Türkiyədə Ukrayna üçün hərbi gəmi inşa edilir

  • By admin
  • 16 Dekabr 2021 09:30

Ukrayna 2026-cı ildə Sahil Raket Qüvvələri adı altında yeni qoşun növü yaratmaq niyyətindədir.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri, kontr-admiral Aleksey Neijpapa deyib.

O bildirib ki, həmin qüvvələr yerli “Neptun” qanadlı raketləri ilə təchiz ediləcək.

Neijpapanın sözlərinə görə, Prezident Vladimir Zelenski HDQ-nin 2036-cı ilə qədər inkişaf strategiyasını təsdiqləyib:

“Həmin strategiyaya əsasən, korvet sinfindən olan gəmilərin inşası nəzərdə tutulub. Ukrayna üçün ilk belə gəmi Türkiyədə inşa edilir”.

Gununsesi.info