Türkiyədə yanğınla bağlı son vəziyyət

  • By admin
  • 31 İyul 2021 22:26

“Türkiyədə 101 yanğından 91-i nəzarət altına alınıb”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitter hesabında yazıb.

 

“Qalan 10 yanğının söndürülməsində yanğınsöndürənlər bütün gücü ilə çalışırlar” – nazir qeyd edib.

Gununsesi.info