Türkiyədə yenidən meşə yanğınları başladı


Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını baş verib.

Gununsesi.info  xəbər verir ki, yanğının səbəbi hələ ki məlum deyil. Alov küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılıb.

Yanğın yerinə Muğla Meşə Region Müdirliyi və yanğınsöndürmə qrupları cəlb edilib, yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.

Gununsesi.info