Türkiyədə zəlzələ oldu

  • By admin
  • 03 Oktyabr 2021 14:19

Türkiyənin Burdur vilayətinin Bucak rayonunda 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 10:15-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Gununsesi.info