Türkiyədə zəlzələ oldu

  • By admin
  • 24 Sentyabr 2020 19:33

Mərmərə dənizinin Tekirdağ sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, zəzlələ İstanbulla yanaşı, bir sıra digər şəhərlərdə də hiss edilib. Kandilli rəsədxanası isə yeraltı təkanların gücünü 4,3 bal olaraq göstərir. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.

İstanbul valiliyindən verilən məlumata görə, hər hansı dağıntı və tələfat qeydə alınmayıb.

 

Gununsesi.info