Türkiyədə ölü sayı 9 mini keçdi  -YENİLƏNDİ

Türkiyədə zəlzələ nəticəsində həlak olanları sayı 9 057 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.

15:12

Türkiyədə zəlzələdə ölənlərin sayı 8574 nəfərə çatıb.

Yaralı sayı isə 49 133 nəfərdir.

12:36

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artır.

AFAD-ın məlumatına görə, ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb.

xxx

11:58

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

xxx

10:43

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

xxx

01:21

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Gununsesi.info