Türkiyədə ölü sayı 24 mini keçdi -YENİLƏNDİ

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

18:28

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 848 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 104 nəfər yaralanıb.

17:07

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 21 043 nəfərə çatıb.

Bu barədə məlumatı Diyarbəkirdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı 80 097 nəfər olub.

15:29

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 20 937 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.

09:42

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı yeni məlumata görə, zəlzələ qurbanlarının sayı artaraq 20 665 nəfərə çatıb.

09:16

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 20 318 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.

Zəlzələdən zərər çəkən 91 511 şəxs isə başqa bölgələrə təxliyə olunub.

Bir neçə bölgədə axtarışlar artıq dayandırılıb, digərlərində isə xilasetmə işləri davam edir. Zəlzələnin baş vermə anından hətta 116 saat keçdikdən sonra insanların həyatının xilas edilməsi ümidləri artırır.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.

Gununsesi.info