Türkiyədə zəlzələlərdən sonra yüzlərlə adam həbs edildi

Türkiyədə iki güclü zəlzələdən sonra 340-dan çox adam həbs edilib. Onlar zəlzələlər zamanı uçan binaları talamaqda və ya tikinti qaydalarını pozmaqda ittiham olunurlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Türkiyənin 11 vilayətində istintaq 564 nəfəri bina tikinti qaydalarını pozmaqda şübhəli bilir. Artıq 160-a yaxın şəxs həbs edilib, digərləri axtarışdadır. 282 nəfər soyğunçuluqda şübhəli bilinir. Onlardan 181-i həbs edilib.

Fevralın 6-na keçən gecə və gündüz Türkiyədə 7,8 və 7,7 bal gücündə iki zəlzələ baş verib. Son məlumatlara görə, 42,3 min nəfər ölüb. ÜST-ün məlumatına görə, qonşu Suriyada zəlzələlər zamanı azı 8,5 min insan ölüb. Fevralın 20-də Türkiyədə minə yaxın insanın xəsarət aldığı yeni zəlzələ baş verib.

Gununsesi.info