Türkiyədəki seçkilər dünya mətbuatında – Nələr yazıldı?

  • By admin
  • 29 May 2023 11:26

Türkiyədəki Prezidentlik seçkilərinin ikinci turu dünya mətbuatının gündəmindədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  ingilis “Guardian” qəzeti öz yazı başlığında “qorxu” və “ümid” sözlərinə yer verib.

“Ərdoğan Türkiyədəki iqtidarının müddətini uzadarkən, Qərb qorxu və ümid arasında qaldı”, – deyə təsvir edib.

Qəzetin diplomatiya redaktoru Partrik Vintor Qərb ölkələrinin paytaxttlarının Türkiyədəki Prezidentlik seçki kampaniyası boyunca səssiz qalmasını vurğulayıb. Patrik, Qərbin bu səssizliklə Ərdoğanın 20 illik iqtidarının sürpriz bir şəkildə sona çatmasına ümid etdiyini, ancaq Ərdoğana daha bir dönəm vəzifə verildiyini bildirərək, beləcə Qərbin ümid və qorxu arasında qaldığı yazıb.

İngilis “Skynews” akanlı isə dünya liderlərinin Ərdoğana təbriklərinə yer verib. Türkiyə tarixində ilk dəfə Prezidentlik seçkilərinin ikinci tura qalmasını vurğualyıb.

“Financial Times” qəzeti isə Ərdoğanın zəfərini manşetinə daşıyıb.

İkinci turda namizədlərin izlədiyi siyasi kampaniyaları xatırladan qəzet ölkənin iqtisadi məsələlərlə üzləşəcəyini yazıb.

“Daily Telegraph” qəzeti isə “Ərdoğan üçüncü dəfə qazandı” başlığını atdı. Başlıqda AK Partiyanın sevinc və qeydetmələrinə yer verib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info