Türkiyədəki zəlzələ Suriyada da hiss olundu - 100-dən çox ölü, 400 yaralı

  • By admin
  • 06 Fevral 2023 09:24

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

“Qafqazinfo” “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Dağıntılar arasından 400 yaralı çıxarılıb.

Gununsesi.info