Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-ə çatdı, 5 mindən çox yaralı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 06 Fevral 2023 14:18

Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib.

11:14

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Xəlzələ nəticəsində 710 bina dağılıb.