Türkiyədəki zəlzələdə ölənlərin sayı 36 mini ötdü

Türkiyədə zəlzələ nəticəsində həlak olanların yeni sayı açıqlanıb. 

Gununsesi.info  Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, həlak olanların sayı 36 187 nəfərə çatıb.

Yaralıların sayı isə 108 068 nəfər təşkil edib. Təbii fəlakətdən zərər görən 216 347 nəfər isə zəlzələ bölgəsindən digər bölgələrə təxliyə edilib.

Gununsesi.info