Türkiyədən Ərdoğan-Putin danışığı barədə açıqlama

  • By admin
  • 06 Mart 2022 17:07

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi telefon söhbətində Rusiyanın Ukraynaya hücumu, eləcə də, ikitərəfli münasibətlərin müzakirə olunduğunu açıqlayıb.

Bildirilib ki, Ərdoğan Ukrayna məsələsinin ən qısa zamanda sülh yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib.

“Təcili ümumi atəşkəs bölgədəki humanitar gərginliyi aradan qaldırmaqla yanaşı, siyasi həll axtarışlarına da fürsət yaradacaq. Birlikdə sülh yolu açaq”, – Türkiyə lideri çağırış edib.

Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh müqaviləsinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi və digər ölkələrkə mütəmadi təmasda olduğunu bildirən Ərdoğan hərtərəfli müzakirələrin aparılması və nəticə alınması üçün cəhdləri davam etdirəcəyini dilə gətirib.

 

 

Gununsesi.info