Türkiyədən Əsədin tələbinə sərt cavab: Terror koridorunun qarşısını almağa davam edəcəyik – Çavuşoğlu

  • By admin
  • 24 May 2023 16:21

Tarkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Suriyanın dövlət başçısı Bəşər Əsədər sərt cavab verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir açıqlamasında Prezident Əsədin “Türk əsgəri Suriyadan çəkilməlidir”, şərtinə cavab olaraq, terrora qarşı əməliyyatların davam edəcəyini bildirib.

“Bizim çəlkilməyimiz terror təşkilatlarının bu bölgəyə gəlməsi deməkdir. Bir uzlaşma olmadan oraların boşaldılması toqquşma deməkdir”, – deyə XİN başçısı vurğulayıb.

Nazir bildirib ki, ölkəsi həmin bölgədə bir terror koridorunun yaranmasının qarşısını alır.

“Bununla da, Suriyanın torpaq bütövlüyünü zəmanət altına almış olduq.  əsas təhdid PKK/PYD-nin olduğu bölgələrdir. Biz çəkilsək, terror təşkilatları gəlib oraya yerləşəcəklər.  Terrorun gəlməsi Türkiyəyə əlavə köç basqısı deməkdir”.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info