Türkiyədən İranda baş verən hadisələrlə bağlı ilk açıqlama - "XARİCİ MÜDAXİLƏNİN QARŞISI ALINMALIDIR"

  • By admin
  • 02 Yanvar 2018 13:00

Türkiyənin Xarici İşlər Nazirliyi İranda baş verən hadisələrlə bağlı ilk açıqlamasını verdi.

Gununsesi.info xəbər verir ki, açıqlamada Türkiyənin İranda vəziyyətin sabitliyinə önəm verdiyi, rəsmi Ankaranın hadisələrlə bağlı narahatlıq keçirdiyinə dair ifadələr yer alıb.

XİN, həmçinin olayların qarşısının alınmasının, xarici müdaxilələrdən qorunmağın vacibliyi vurğulayıb.

Qeyd edək ki, İranda son 6 gündə baş vermiş etiraz aksiyalarında 20 nəfər ölüb. İran Beynəlxalq Təhlükəsizlik Şurası isə hadisələrin səbəbini kənar müdaxilələrdə görür.

Gununsesi.info