Türkiyədən İsveçə etiraz - Səfir XİN-ə çağırıldı

  • By admin
  • 12 Yanvar 2023 21:45

İsveçin Türkiyədəki səfiri Staffan Herrstrom bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirə Stokholmda PKK/PYD/YPG tərəfdarlarının Türkiyə Prezidenti və ölkəni hədəf alan təbliğatı ilə etiraz təqdim edilib.

Bildirilir ki, səfirə bu cür təxribatçı addımaların yol verilməz olduğu bildirilib və təxribatın qarşısının alınması tələb edilib.

Türkiyənin Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın da hadisə ilə əlaqədar etiraz bildirilib.

Gununsesi.info