Türkiyədən Kərkük teraktı ilə bağlı – Açıqlama

  • By admin
  • 05 Noyabr 2017 22:23


Türkiyə Xarici İşlər Nazirliyi İraqın Kərkük şəhərində baş verən partlayışlarla bağlı açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, nazirlik 5 nəfərin həlak olduğu, xeyli insanın yaralandığı olayı üzüntü ilə qarşıladıqlarını bildirib:

“İraqın birlik və bərabərliyi baxımından mühüm əhəmiyyət kəsb edən Kərkükdə sabitliyi pozmağı hədəfə alan mənfur teraktı qınayırıq. Türkiyə terrorla mübarizədə İraq hökumətinin yanındadır”.

Qeyd edək ki, bu gün İraqın Kərkük şəhərində baş verən 2 partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib.

 

Gununsesi.info