Türkiyəli azarkeşlərə Bakıdakı oyunda Azərbaycan bayrağı da veriləcək

  • By admin
  • 16 İyun 2021 00:12

Sabah Bakıda keçiriləcək Türkiyə – Uels oyununda azarkeşlərə Azərbaycan bayrağı da paylanacaq.

Gununsesi.info-nun  xəbərinə görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir TRT-yə açıqlamasında deyib.

Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə bunları deyib:

“Üç gündür buradayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm”.

Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.

Gununsesi.info