Türkiyəli biznesmendən məşhur modelə bahalı hədiyyə

  • By admin
  • 14 Noyabr 2016 19:52

 5829aea60f25444930c153b6

 

Amerikalı model Kendal Cennerə ad günündə “Rolls-Royce” markalı bahalı avtomobil hədiyyə olunub.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə hədiyyə verən şəxsin Dubayda şirkəti olan ərəb şeyxi və ya şahzadə olduğu ilə bağlı fikirlər irəli sürülüb.

“Dünya” qəzetinin köşə yazarı Kərim Ülkər həmin şəxsin kimliyini açıqlayaraq onun Dubayda yaşayan türkiyəli iş adamı Sayqın Yalçın olduğunu bildirib.

Onun sözlərinə görə, S. Yalçının Dubayda avtomobil şirkəti var. O, 1 milyard dollar sərvətə sahibdir.

 

Gununsesi.info