Türkiyəli deputat İham Əliyev haqqında..

  • By admin
  • 16 Fevral 2018 11:10

Türkiyə-Azərbaycan Parplamentlərarası dostluq qrupunun həmsədri Nejdet Ünüvar Azərbaycanda 11 apreldə keçriləcək prezident seçkilərinə mövqeyini açıqlayıb.

Gununsesi.info-ya açıqlama verən Türkiyə-Azərbaycan Parplamentlərarası dostluq qrupunun həmsədri Nejdet Ünüvar deyib ki, bu seçkilər Azərbaycanın daxili bir işidir. “Lakin bu seçkilərdə İlham Əliyevin namizədliyi yenidən irəli sürülüb. Ona bu seçkilərdə uğrular arzulayıram. Ümid edirəm ki, xalq yenə də ona etimad göstərəcək və növbəti dönəm üçün ölkəyə rəhbər seçəcək”- deyə, türkiyəli deputat vurğulayıb.
O əlavə edib ki, Azərbaycan xalqının İlham Əliyevin rəhbərliyi alıtnda daha da inkişafa doğru irəliləyəcək: “Zatən son 15 ildə Azərbaycan İlham Əliyevin rəhbərliyi altında çox inkişaf edib və dünyada çox ciddi uğurlara imza atıb. Azərbaycan onun rəhəbərliyi altında demək olar ki, simasının tamamilə dəyişərək yeniləşib və inkişaf yolu keçib. İsət insanların yaam tərzi olsun, istər regionların inkişafı olsun, bütün sahələrdə ciddi irəliləyişlər olub. Azərbaycanın təbii qazı olmasına baxmayaraq bir zamanlar əhalinin qazla təminatında ciddi problemlər var idisə. bu gün bu problem demək olar aradan qalxıb. Ölkənin mütləq əksəriyyəti qazlaşdırılıb. Yeni yollar salınıb. Böllgələrdə müasir tipli müəssisələr açılmaqla insanlar işlə təmin olunublar. Ölkənin valyuta ehtiyatı 20-30 dəfə artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatı 40 milyard dollardan artıqdır. İndiki qlobal maliyyə iqtisadi böhran dövründə bu böyük uğurdur. Bu gün dünyada çox az ölkə var ki, özü-özünü təmin edir və bunlardan biri də məhz Azərbaycandır. İlham əlyevin bu məsələdə rolu çox böyük olub”- deyə, N. Ünüvar bildirib.
N. Ünüvar onu da deyib ki, İlham Əliyev yenidən rəhbər seçilərsə, Azərbaycan yeni uğurlara imza atacaq: “İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparmaq qabliyyətinə malik olan yeganə liderdir”.

Mürtəza
Gununsesi.info