Türkiyəli məşhur aktyor öldü - Dəhşətli motosiklet qəzası

  • By admin
  • 27 May 2018 15:48

Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialında rol almış aktyor Arda Öziri bu gün səhər saatlarında motosiklet qəzası keçirib.

Gununsesi.info xəbər verir ki, qəzadan dərhal sonra xəstəxanaya çatdırılan 40 yaşındakı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Arda Öziri Türkiyədə çəkilən “Diriliş Ərtoğrul” serialında “Göktuğ” obrazını ifa edirdi.

O, indiyədək 17 serialda bir-birindən fərqli obrazlar yaradıb.