Türkiyəli nazirdən itkilərlə bağlı AÇIQLAMA

  • By admin
  • 07 Fevral 2023 12:21

“Türkiyədə zəlzələ 13,5 milyon insana təsir edib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

“Qaziantepdə 581 dağılmış bina var, 468 nəfər həyatını itirib. 3 570 yaralı vətəndaşımızı dağıntılar altından xilas etdik. Zəlzələ bölgənin 10 vilayətinə birbaşa təsir edib”, – deyə o bildirib.

Türkiyəli nazir əlavə edib:

“Vilayətlərimizdən bir çoxu zəlzələdən birbaşa zərər görüb. Təbii ki, biz həmişə deyirik ki, ölkəmizin əhalisinin 70 faizindən çoxu zəlzələ zonalarında yaşayır. Bu, Ərzincan zəlzələsindən sonra ölkəmizin ötən bir əsrdə gördüyü ən böyük zəlzələ fəlakətidir.

İkinci 24 saata daxil olduq. 72 saat bizim üçün çox qiymətlidir”.

Gununsesi.info