Türkiyəli parlamentari Azərbaycan xalqını təbrik etdi

  • By admin
  • 14 Sentyabr 2016 10:00
parlamentari
Türkiyəli parlamentari Azərbaycan xalqını 15 sentyarbr 1918-ci il Bakının erməni daşnaklarından azad  edilməsi münasibəti ilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, AKP Adana millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Nejdət Ünüvar  15 sentyabr  Bakənın erməni daşnaklarından azad edilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda  bildirilir ki, Türkiyə ilə min illik qardaşlığın ifadəsi olan “Bir millət, iki dövlət” ifadəsi Azərbaycanla  olan qüvvətli dostluq bağlarının ən gözəl ifadəsidir:
“Tüqrkiyə və Azərbaycan yerləşdiyi coğrafiyada imperialist qüvvlərin oynadığı oyunlar tarixin hər dönəmində olduğu kimi, bu günümüzdə də yaşamaqdadır. Bu çətin mübarizələrin nticəsində düşmən işğalından azad edilən ğrazilərdən biri də Azərbaycanın paytaxtı Bakıdır.
1918-ci ildə yaradılan Qafqaz İslam Ordusu və onun komandiri Nuru Paşa Azərbaycan dvlətinin və  Dağıstanın Osmanlıdan yardım tələbi ilə Azərbaycanı xilas etmək üçün göndərildi.
1918-ci ilin mayında Gəncəyə yetişən Qafqaz İslam Ordusu  Azərbaycanın şəhər və rayonlarını bir-bir bolşevik və erməni daşnaklarından təmizləyir. 15 sentyabr 1918-ci ildə  isə   Qafqaz İslam Ordusu Bakını ermə ni daçnaklarından azad edir.  Bakının erməni daşnaklarından azad olunmasında  Qafqaz İslam Ordusu 1130 şəhid verir. O gündən etibarəb 15 sentyabr Bakının erməni daşnaklarından azad olunduğu gün hesab olunur.
15 sentyabr Bakının erməni daşnaklarından azad olunmasının 98-ci ilini qeyd edərkən, başda Qafqaz islam ordusunun komandiri Nuru Paşa və onun bütün silahdaşlarını və şəhidləri yad edir və onlara Uca Rəbbimizdən rəhmət diləyirik.
Uca Allah hər zaman Türkiyə və Azərbaycanın qardaşalığını, birliyini əbədi etsin”.
Gununsesi.info