Türkiyəli siyasətçi: ABŞ Türkiyəni qarışfıtmaq istəyir

  • By admin
  • 06 Mart 2023 16:58

 

Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək ABŞ-ın Türkiyədə ümumi seçkilər zamanı “qanlı qırğın” təşkil etmək niyyətində olduğunu bildirib.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

Türkiyəli siyasətçi qeyd edib ki, Vaşinqton Ankaraya “piyada” kimi baxır.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yarı rəsmi orqanı olan “Foreign Policy” jurnalı “Bu seçkilər zamanı Türkiyədə qırğın olacaq” başlığı ilə çıxış etmişdi. Yəni ABŞ bu seçki üçün Türkiyədə qırğın təşkil etdiklərini dünyaya bəyan edib.
Sonra Almaniyanın ən çox oxunan jurnallarından biri olan Sterndə prezidentimiz Ərdoğanı “od vuran” kimi ittiham etdilər! “Türkiyədə yanğın olacaq və onu yandıran da Türkiyə prezidentidir”, – üz qabığında yazılıb. Ssenari göz qabağındadır, plan göz qabağındadır, süjet göz qabağındadır, kimin düyməni basdığı bəllidir!”