Türkiyəni nəzarət altına alacaq… – Partiya sədri

  • Müəllif: admin
  • 25 Aprel 2017 19:00

 perincek

 

Türkiyəni nəzarət altına alacaq beynəlxalq qurum yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Doğru Perinçək Tvitter hesabında yazıb.

“Türkiyə müstəqil, demokratik dövlətdir. Dövlətin suverenliyi onun üzərində başqa bir idarəçiliyin olmaması deməkdir”, – partiya rəhbəri bildirib.

Qeyd edək ki, AŞPA bu gün Türkiyənin yenidən siyasi nəzarət prosesinə cəlb edilməsi haqqında qərar qəbul edib. Türkiyə siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarılmışdı.

 

Gununsesi.info