Türkiyənin addımı dünya ölkələrini ayağa qaldırdı

  • By admin
  • 10 Sentyabr 2017 13:16

myanmar3
Banqladeş düşərgələrin qurulmasına icazə verəndə çadırlarımızı göndərəcəyik. Yalnız ərzaq deyil, sığınacaq, səhiyyə, təhsil kimi sahələrdə də kömək etməyə hazırıq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Banqladeşə gedən AFAD rəhbəri Məhməd Güllüoğlu deyib.

“Banqladeş rəsmiləri “Biz özümüz kasıbıq, yeni miqrant istəmirik”, – deyirdilər. Ancaq Türkiyə Arakanlı müsəlmanlara yüksək səviyyədə yardım edir və edəcək də. Türkiyənin bu addımından sonra başqa ölkələr, qurumlar zəng edib “biz də kömək etmək istəyirik”, – deyirlər. İcazə verildikdən sonra bir çox dünya ölkəsi Arakana yardım edəcək”, – Güllüoğlu bildirib.
Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

Gununsesi.info