Türkiyənin Azərbaycandakı səfiri Cıdır düzündə

  • By admin
  • 13 İyun 2021 21:28

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində olub.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir özünün “Twitter@ səhifəsində paylaşım edib.

O, Şuşaya səfəri çərçivəsində Cıdır düzündə də olub.

“Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, – səfir qeyd edib.

Gununsesi.info