Türkiyənin Hakkari vilayətində terror aktı baş verib, 3 əsgər yaralanıb

  • By admin
  • 25 Sentyabr 2016 22:38

66a374219c78

 

Türkiyədə terror aktı baş verib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətində qeydə alınıb. PKK terror təşkilatı üzvlərinin Hakkari-Çukurca magistral yoluna yerləşdirdiyi partlayıcı qurğu içində hərbçilərin olduğu avtomobilin ərazidən keçərkən işə düşüb. Nəticədə partlayış baş verib.

Hadisə zamanı 3 əsgər yaralanıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib.

 

Gununsesi.info