“Türkiyənin hava müdafiə sistemini satın alması ABŞ üçün təhlükəlidir” – JOZEF DANFORD

  • By admin
  • 23 İyul 2017 14:26

Women in Combat

Gununsesi.info “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında açıqlama verən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Jozef Danford mediada yer alan Türkiyənin Rusiyada S-400 hava müdafiə sisteminin satın alınması ilə bağlı xəbərin əsassız olduğunu bildirib.

Danford bu xəbərin doğru olacağı təqdirdə ABŞ üçün real təhlükə yaranacağını açıqlayıb.

Qeyd edək ki, Rusiyanın “Rosoboronexport” şirkətinin CEO-su Aleksandr Miheyev Türkiyə ilə bu mövzuda razılığa gələcəklərinə ümid bəslədiyini bildirmişdi.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə bu razılığı ölkəsi üçün təhlükə hesab edir.

Gununsesi.info