Türkiyənin İrəvana göndərdiyi bu mesajlar… – Akar

  • By admin
  • 22 Aprel 2021 16:23

Ermənistan və Azərbaycan arasında ötən il əldə olunan atəşkəs yeni bir səhifənin açılması üçün əhəmiyyətli fürsətlər təqdim edir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalına müsahibəsində deyib.

O bildirib ki, bundan başqa, Türkiyə bu ilin fevralında Ermənistanda çevrilişə cəhdi rədd edən və qınayan ilk ölkələrdən oldu:

“Təhlükəsizlik, sabitlik, sülh və firavanlıq imkanları təkcə Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. Ermənistan rəhbərliyi Türkiyənin Ermənistana göndərdiyi mesajı dinləyib sülhə doğru addım atsa, siyasi və iqtisadi gəlirlər bütün bölgə üçün yüksək səviyyədə olar”.