Türkiyənin keçmiş baş naziri xəstəxanaya yerləşdirildi

  • By admin
  • 18 Noyabr 2020 19:30

Türkiyənin keçmiş baş naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Yıldırım Akbulut xəstəxanaya yerləşdirilib.

Gununsesi.info “Hürriyet”ə istinadən xəbər verir ki, Akbulut ürək problemi səbəbindən reanimasiyaya yerləşdirilib. 85 yaşlı siyasətçinin müalicəsi Ankara Universiteti Tibb Fakültəsi Cebeci Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, Yıldırım Akbulut eyni zamanda Türkiyə Prezidenti yanında Ali Məşvərət Şurasının üzvüdür.

 

 

Gununsesi.info