Türkiyənin millət vəkili ailəsi ilə dağıntılar altında qalıb - FOTO

  • By admin
  • 06 Fevral 2023 13:07

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Adıyamandan olan millət vəkili Yakup Taş dağıntılar altında qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə deputatın sosial media hesabından paylaşım edilib.

“Millət vəkilimiz Yakup Taş ailəsi ilə birlikdə zəlzələ səbəbindən bir çox həmyerlilərimiz kimi dağıntılar altında qalıb”, – deyən paylaşımda deputata və ailəsi üçün dua edilməsi istənilib.