Türkiyənin Suriya ilə sərhədində yerləşən 156 məktəbində dərslər dayandırılıb.
Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mardində, Artuklu və Kızıltəpədə yerləşən orta məktəblərdə dərslərə 2 günlük fasilə verilib. Buna səbəb isə bölgədə “Sülh Çeşməsi” hərəkatı çərçivəsində terrorçuların sivillərə tez-tez atəş açmalarıdır.
Görülən tədbirlər uşaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Gununsesi.org