Türkiyənin turizm bölgəsində güclü meşə yanğını

  • By admin
  • 29 İyul 2021 16:55

Türkiyənin Antalya şəhərindən sonra bu dəfə Muğla bölgəsində genişmiqyaslı meşə yanğınları başlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Marmaris mahalında bu saatlarda bilinməyən səbəblərdən başlayan yanğın genişlənməyə davam edir.  Yanğının bölgədə yaşayış məntəqələrinə 100 metrə qədər yaxınlaşdığı və digər bölgələrdən mərkəzə gedən yolun bağlandığı qeyd edilib.

Türkiyənin Təsərrüfat və Meşə naziri Bəkir Pakdəmirli sosial şəbəkə hesabında yanğının söndürülməsinə 30 yanğınsöndürən maşın, 5 helikopter və bir təyyarənin cəlb edildiyini açıqlayıb.

Qeyd edək ki, Marmarisdə iyunun 27-də elektrik verilişi xətlərində yanğın baş vermişdi və 35 hektar əraziyə ziyan vurmuşdu. Bu gün başlayan yanğın isə hadisə yerindən təxminən 300 metr məsafədə yayılıb.