Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb

  • By admin
  • 23 Noyabr 2020 18:43

2020-ci ilin oktyabrında Azərbaycandan Türkiyəyə 20 027 turist səfər edib ki, bu da 2019-cu ilin oktyabrı ilə müqayisədə 67,46 faiz azdır.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,15 faiz təşkil edib.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 203 504 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,91 faiz azdır.

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,82 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin oktyabrında Türkiyəyə 1,742 milyon turist səfər edib ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 59,4 faiz azdır.

2020-ci ilin yanvar-oktyabr aylarında 11,2 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,49 faiz azdır.

Gununsesi.org