Türkiydə zəlzələdən ən çox zərər çəkmiş ərazinin bələdiyyə sədri həbs olundu

  • By admin
  • 25 Fevral 2023 20:53

Mərkəzi Türkiyənin Kahramanmaraş bölgəsi olan dəhşətli zəlzələdən zərər çəkən Qaziantepin Nurdağı mahalının bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.

Onun zəlzələlərdə dağılan binalarla bağlı aparılan araşdırmalar çərçivəsində artıq həbsxanaya göndərildiyi bildirilib.

Gunusesi.info xəbər verir ki, qərar Kavakın prokurorluq tərəfindən sorğulanmasının ardından məhkəmə tərəfindən verilib.

Qeyd edək ki, zəlzələdən sonra uçan binalarla bağlı aparılan araşdırmalarda indiyədək nəzarətə alınan 22 nəfər həbs edilib, 80 nəfər haqqında həbs qərarı çıxarılıb.

Gununsesi.info