TÜRKİYƏ TÜRKMƏNİSTANLAŞIR -PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 29 Fevral 2024 17:44

 

Ermənistan və Gürcüstan insan haqlarının durumuna görə Azərbaycan və Türkiyədən irəlidədir!

 

Özümüzü qoyaq bir kənara, Türkiyə üçün çox üzülürəm.

Freedom House’un hesabatına baxıram, inana bilmirəm.

 

Təsəvvür edin ki, bir zamanlar böyük bir demokratik yol qət edərək Avropa İttifaqının qapısına qədər gəlib çıxan qardaş ölkə indi insan haqlarının durumuna görə ən sonuncu yerlərə düşüb.

Avropa Şurasına üzv 46 ölkə içərisində Avropa Məhkəməsinə göndərilən şikayət sayına görə Türkiyə 1-ci yerdə qərarlaşıb.

Türkiyədə demokratiya adına qalan təkcə SEÇKİDİR!

Bu da CHP-nin varlığı sayəsində…

Qatıldığım beynəlxalq tədbirlərdə Türkiyə hökuməti Belarus, Azərbaycan və başqa ölkələrlə bir sıraya qoyulub tənqid olunur.

Pərviz Həşimli 

Gununsesi.info