
Türkiyənin məşhur Koç ailəsinin təmsilçisi olan Fənərbaxçanın prezidenti son olaylar fonunda Türkiyədəki investisiya mühitindən və olayların iqtisadiyyata təsirləri ilə bağlı mühüm açıqlamalar verib.
Qanunun proqnozlaşdırıla bilməsinin investorlar üçün kritik faktor olduğunu vurğulayan Koç, “Hüquq sisteminin işləmədiyi ölkələrə sərmayəçi cəlb etmək asan deyil” deyib.
“Təəssüflə qeyd edirəm. Başqa sözlə, biz buraya investor olaraq gəlirik, nə etdiyimizi izah edirik və indi də deyirik ki, investor olaraq gələcəyi görə bilərik. İnsanlara və ölkəyə baxanda qanun çox, çox əhəmiyyətlidir.”,- o, bilirib.
Ali Koçun bu açıqlamaları Türkiyədəki investisiya mühiti ilə bağlı qiymətləndirmələr apararkən, beynəlxalq kapitalın gözləntilərini də ortaya qoydu. Koç qanunun aliliyinin təhlükəsiz iqtisadi mühitin yaradılması üçün əvəzsiz elementlərdən biri olduğunu ifadə edərək, investorların gələcəklərini görə biləcəyi bir sistemin zəruriliyinə işarə etdi. Koçun açıqlamaları iş dünyasında və iqtisadi dairələrdə rezonans doğursa da, Türkiyədə hüquq sisteminin gücləndirilməsi və investisiya mühitinin daha cəlbedici olması ilə bağlı mühüm mesaj oldu.
Afət Abbasova