
Bu yaxınlarda çox sayda Türkiyə vətəndaşının qeyri-qanuni yollarla Almaniyaya daxil olması və hökumətin fövqəladə zirvə toplantısı keçirməsindən sonra Berlin hərəkətə keçib.
Gununsesi.info xəbər verir ki, Almaniyada hökumət və əyalət baş nazirləri qeyri-qanuni immiqrasiyaya çarə axtararkən ölkəyə axın davam edir. Sərhəd yoxlamaları başladığından qeyri-qanunilər müxtəlif üsullarla ölkəyə daxil olmağa çalışırlar.
Almaniyaya qeyri-qanuni immiqrasiyada türklər birinci yerdə olarkən, bunun ən böyük səbəbi Almaniyada işçi çatışmazlığı yaşayan bəzi türk restoranlarının Türkiyədən qeyri-qanuni yollarla öz qohumlarını gətirməyə çalışmaları olduğu müəyyən edilib.
Almaniyanın Bavariya əyalətində qış idman növləri ilə məşhur olan “Garmis Partenkirchen” yaxınlığında 20-si Türkiyə vətəndaşı olan 30-dan çox qanunsuz şəxs saxlanılıb.
Miqrantların dağ gəzintisi (trekkinq) edən turist qrupu kimi geyinərək, Alp dağlarını keçərək dağ yolları ilə ölkə ərazisinə daxil olduqları müəyyən edilib.
Qrup alpinist qrupun özləri ilə baqaj aparmasından şübhələnən bir almanın xəbər verməsindən sonra yaxalanıb. Suriyalılar Birinci Qəbul Mərkəzinə aparılıb. Türkiyə vətəndaşları üçün deportasiya prosedurlarına başlanılıb.
Şərqi Avropadan keçməyə çalışanlar indi sərhəd qapıları əvəzinə digər sərhəd bölgələrindəki boşluqlardan keçməyə çalışırlar.
Gununsesi.info