Türklər  “nataşaların” yolunu gözləyir

  • By admin
  • 05 İyul 2016 11:55

turist

 

Türkiyə 700 mindən artıq Rus turistinin yolunu gözləyir. Türkiyə hakimiyyəti 2016-cı ilin sonunadək 750 mindən artıq Rus turistlərini qəbul edəcəyinə ümidvardır. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aralıqdənizi bölgəsi üzrə otel və turiz investisiyaçıları Assosiasiyasının prezidenti Yusif Hacısüleyman məlumat verib. Onun sözlərinə görə, Rusiyadan ilk çarter reyslər Türkiyəyə iyulun 7-8-də gözləyir. Bu çarter reyslər əsasən Türkiyə turoperatorlarına məxsus olacaq. Türkiyə mülki aviasiyasının verdiyi məlumata görə, iyulun 7-dən etibarən Rusiyadan 17 çarter reysinin həyata keçirilməsinə razılıq verilib. “Rosaviasiya” isə çarter reyslərinin həyata keçirilməsi ilə bağlı razılığın əldə olunması faktını təsdiq etməyib.

 

Gununsesi.info