Türklər etiraz edir: İtaliya cəzalandırıla bilər

  • By admin
  • 23 İyun 2016 12:50

14666253525932046168_1000x669

 

Avropa Çempionatında İtaliya millisinin İrlandiya oyununa 8 yeni oyunçu ilə çıxması bu komandanın cəzalandırılmasına səbəb ola bilər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazır.

Belə ki, UEFA-nın “Avro-2016”nın keçirilmə qaydalarının 5-ci maddəsində göstərilir ki, “hər bir komanda turnirlə vidalaşması məlum olana qədər ən güclü heyətlə oyunlara çıxmalıdır”.

Türk azarkeşlər İtaliyanın İrlandiya ilə matça qəsdən ikinci heyətlə çıxdığını deyirlər. Onlar buna görə Kontenin komandasının cəzalandırılmasını tələbə edirlər. Sosial şəbəkələrdə İtaliya əleyhinə etirazlar səsləndirilir.

Bu maddə ilə UEFA cəza qərarı verə bilər.

Qeyd edək ki, İtaliya son matçda İrlandiyaya qarşı ehtiyat heyətlə meydana çıxıb. Matç italiyanların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da Türkiyə “Avro-2016”da növbəti mərhələyə çıxmaq şansını itirib. (Azvision)