Türklərlə suriyalılar arasında kütləvi dava: ata və oğlu öldü, yaralananlar var

  • By admin
  • 18 İyun 2018 17:47

Türkiyənin Qaziantep şəhərində türklərlə suriyalılar arasında kütləvi dava baş verib.

Gununsesi.info yerli KİV-ə istinadən bildirir ki, davaya səbəb türklərin yüksək tonla danışan Suriya vətəndaşına xəbərdarlıq etməsi olub. Xəbərdarlıqdan qəzəblənən Suriya vətəndaşı yaxın dostu ilə birlikdə türkiyəli ata və oğula ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində hər iki türk ölüb.

Suriya vətəndaşlarından biri hadisə yerinə gələn polislərlə atışmada ölüb, digəri isə qaçıb. Davaya qarışan 5 nəfərin yaralandığı üçün xəstənaya yerləşdirildiyi bildirilib.

 Qeyd edək ki, baş verən davadan sonra Qaziantepdə suriyalılarla türklər arasında gərginliyin artdığı bildirilib. Hadisə ilə bağlı yazılı açıqlama yayan Qaziantep valiliyi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə polislərin gücləndirilmiş iş rejimində çalışdığını bəyan edib.