Türkmənistan 550 min ton neftini Bakı-Tiflis-Ceyhan üzərindən nəql etdi

  • By admin
  • 08 Sentyabr 2017 15:12

neft-qaz_kemeri

2017-ci ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Gununsesi.info bunu Dövlət Neft Şirkətinə istinadən xəbər verir.

Bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bundan başqa, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.

Vüsalə

Gununsesi.info