

Türkmənistan İslam Kərimovun xatirəsini əbədiləşdirəcək. Yəni, Tükrmənistanın müxtəlif şəhər meydanları və küçələrinə İslam kərimovun adı verilməklə, onu xatirəsi əbədiləşdiriləcək. Bundan əlavə olaraq abidəsi ucaldılacaq.
Gununsesi.info xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov deyib.
Q. Berdımuxammedov bəyan edib ki, onu hər zaman yad edəcəklər: “Bizim meydanlarımız, küçələrimiz, prospektlərimiz onun adını daşıyacaq. Təkcə Türkmənistanən paytaxtında deyil, bütün ölkə ərazisində müxtəlif şəhər və rayon mərkzələrində İslam Kərimovun xatirəsi əbədiləşdiriləcək”.
Gununsesi.info