Türkmənistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR

  • By admin
  • 08 Avqust 2017 09:48

15021679941418921070_1000x669Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Q. Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

1502167994732816837_1000x669 1502167994691849632_1000x669 15021679942245134761_1000x669

Gununsesi.info