Türkmənistan prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

  • By admin
  • 08 Avqust 2017 17:08

15021935261879748701_1000x669

Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Gununsesi.info xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türkmənistan Prezidenti sonra Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Q.Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

15021938784285554892_1000x669 1502193878498726819_1000x669 15021938785354133645_1000x669 150219352616648206_1000x669

Gununsesi.info