Türkmənistan Mərkəzi Seçki Komissiyası bu gündən etibarən 2017-ci ilin fevralın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin qeydə alınmasına başlayacaq.
Gununsesi.info “Turkmeninfo”-ya istinadən xəbər verir ki, prezident postuna üç namizəd iddialıdır. Bu şəxslər Türkmənistanda fəaliyyət göstərən üç siyasi partiyanın liderləridir. Beləliklə, Demokratlar Partiyası hazırki prezident Qurbanqulı Berdımuxemmedovun, Sənayeçilər və sahibkarlar Partiyası “Rısqal”aksioner kommersiya bankının İdarə Heyətinin sədri Bekmırat Atalıyevin, Aqrar Partiya isə təşkilatın Mari vilayətinin komitəsinin rəhbəri Durdıklıç Orazovanın namizədliyini irəli sürüb.
Türkəmənistan qanunvericiliyinə əsasən namizədlər MSK-da rəsmi qeydiyyata alındıqdan sonra təbliğat kampaniyasına başlayırlar və seçki gününə bir gün qalmış bitirirlər.
Gununsesi.info