
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.
Gununsesi.info RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.
Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.
2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.
Artıq “yaşı 70-dən yuxarı olmayan” tələbi qanundan çıxarılıb.
Gununsesi.info